Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov 2-ci dərəcəli "Vətənə xidmətə görə ordeni ilə təltif edilib.

Unikal.org xəbər verir ki, bununla bağlı prezident İlham Əliyev sərəncam imzalayıb və sənəddə deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan dövlətçiliyinə sadiqlik göstərərək vəzifə borcunu ləyaqətlə və yüksək peşəkarlıqla yerinə yetirdiyinə görə Arzu Yusif oğlu Rəhimov 2-ci dərəcəli "Vətənə xidmətə görə ordeni ilə təltif edilsin".

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti Sərəncam imzalayıb. 

Xidməti vəzifələrini və qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aşağıdakı hərbi qulluqçuları təltif edilsinlər:

3-cü dərəcəli "Vətənə xidmətə görə ordeni ilə

Salmanov Səxavət İbrahim oğlu - general-mayor

Əliyev Azad Hüseyn oğlu - polkovnik

"Hərbi xidmətlərə görə medalı ilə

Qarayev Natiq Sahib oğlu - polkovnik

Hüseynov Anar Rövşən oğlu - polkovnik-leytenant

Hüseynov Fuad Qəşəm oğlu - polkovnik-leytenant

Mirzəyev Vüqar Mirzə oğlu - polkovnik-leytenant

Zamanov Sultan Valeh oğlu - polkovnik-leytenant

Abbasov Elşən Kamran oğlu - mayor

Ağayev Rahim Əlifağa oğlu - mayor

Cəfərov Elməddin Qulu oğlu - mayor.