Bakı-Köçərli-Bakı sərnişin qatarının hərəkəti dayandırılır.

Unikal.org xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Məlumata görə, "Azərbaycan Dəmir Yolları QSC-nin İdarə Heyətinin 2018-ci il 29 yanvar tarixli 1 nömrəli Qərarına əsasən, iqtisadi səmərəliliyin möhkəmləndirilməsi və xərclərin optimallaşdırılması məqsədilə Bakıdan fevralın 15-dən, Köçərlidən isə fevralın 16-dan etibarən 656/655 nömrəli Bakı-Köçərli-Bakı sərnişin qatarının hərəkəti dayandırılır.