Türkiyədə iki Azərbaycanlı külli miqdarda narkotiklə saxlanılıblar.
Unikal.org xəbər verir ki, Türkiyə vilayətinin Tokat şəhərinin Polis İdarəsinin Narkotik Şöbəsinin əməkdaşları şəhərin Reşadiye mahalında təşkil edilən narkotik əməliyyatında, 17 kiloqram 421 qram heroin ələ keçiriblər.
Polis əməkdaşları şəhərə daxil olan bir sərnişin avtobusu dayandırıb və onun içində axtarışa başlayıblar. Avtobus İğdırdan İstanbula gedirmiş. Məlum olub ki, avtobus oturacağının altında 17 paketdə 8 kilo 721 qram heroin var. Narkotikin isə avtobusun sərnişinləri olan Azərbaycan əsilli A.M. və T.N.-yə məxsus olub. Onlar dərhal saxlanılaraq izahatı alınıb. Məlum olub ki, Reşadiye-Koyluhisar güzergahında yolda polis axtarış aparacaq şübhəsi ilə çantada yerləşdirdikləri heroyini də yol kənarına atıblar. Ümumimilikdə polis onlardan 17 kilo 421 qram 34 paket heroin ələ keçirib.