Uşağın səhəti normal olduğunu bildirən həkimlər, gələcəkdə əməliyyat edilməsini də istisna etməyiblər
 
Çində 31 barmağı olan körpə dünyaya gəlib.
Unikal.org-un məlumatına görə, Çinin Xunan vilayətində körpəni əməliyyat etdirmək istəyən valideynlər bunun üçün pul toplamağa başlayıb. Lakin əməliyyat üçün hələ erkən olduğunu söyləyən həkimlər əməliyyatın ağır olduğunu, bunun üçün körpənin bir qədər böyüməsinin vacibliyini qeyd ediblər. Çünki əməliyyat zamanı təkcə körpənin artıq barmaqları götürülməyəcək, onun baş barmağı da kəsildikdən sonra öz uyğun yerinə qaytarılmalıdır ki, bu da uzun sürən riskli bir prosedurdur.
Əgər əməliyyat zamanı nəsə yolunda getməzsə, uşaq əlini belə itirə bilər.