Rusiyadakı azərbaycanlı miqrantlar təhlükədə
11:27 15-08-2012
İQTİSADİYYAT
Rusiyadakı azərbaycanlı miqrantlar təhlükədə
Moskva OMON-çulardan ibarət yeni qurum yaradır, onlar qanunsuz miqrantlarla mübarizə aparacaqlar
Rusiyada yaşayan azərbaycanlıları yaxın vaxtlardan etibarən ağrılı günlər gözləyir. Bir xeyli müddət idi OMON-çuların əlindən yaxalarını qurtarmış miqrantlar yenidən onların cənginə keçməli olacaqlar. Çünki Rusiya hökuməti miqrantlarla sərt dillə danışmaq qərarına gəlib.
Bildirək ki, Moskva cinayət axtarış şöbəsində qanunsuz miqrantlarla mübarizə məqsədiylə xüsusi təyinatlı dəstə yaradılıb. Bu bəradə əmri Daxili İşlər Nazirliyinin Moskva üzrə rəhbəri general mayor Anatoli Yakunin imzalayıb.
Rusiya mətbuatının verdiyi xəbərə görə, xüsusi təyinatlı dəstə ayrıca fəaliyyət göstərəcək və onlar əməliyyatlar zamanı silah daşımaq hüququna malik olacaqlar. 71 xüsusi təyinatlını özündə birləşdirəcək strukturun gələcəkdə genişləndiriləcəyi də nəzərdə tutulur.
Yakunin xüsusi təyinatlı dəstənin yaradılma səbəbinə də aydınlıq gətirib və bildirib: “2012- ci ilin birinci rübündə baş vermiş və üstü açılmış cinayətlərin yarısından çoxu qanunsuz miqrantlar tərəfindən törədilib. Bu isə bizi daha sərt tədbirlər görməyə vadar edir”.
Qeyd edək ki, 2011- ci ilin yekunlarına görə Rusiya paytaxtında 400 min miqrantın yaşadığı aşkarlanıb. Onlardan yalnız 200 mininin işləmək üçün icazəsi olduğu bildirilir. Qeydiyyatda olmayanlar da nəzərə alınarsa qanunsuz miqrantların daha çox olduğu ortadadır.
Düzdür, bu addım qeyri-qanuni miqrantlara qarşı görülən tədbirlər üçün atılıb. Amma Rusiyanın heç də uzaq keçmişinə diqqət yetirsək, proses elə qanuni miqrantlara da şamil ediləcək. Yəni, OMON-çular əllərinə düşmüş fürsəti fövtə verməyib, ümumilikdə, Qafqazdan gələnlərə qarşı sərt davranacaqlar.
Məsələ ilə bağlı Moskvada yaşayan azərbaycanlılarla söhbət etmişik. Sosial şəbəkələr vasitəsi ilə münasibətini öyrəndiyimiz həmyerlilərimiz deyirlər ki, Rusiya hökumətinin atdığı bu addım bəyənilən deyil. Onlar deyirlər ki, yeni qurum yaradılmamışdan əvvəl də OMON-çularla miqrantlar arasında insidentlər yaşanıb. Üstəlik, bu problemlər hətta daha ciddi şəkil də alıb. “Bundan sonra isə vəziyyət daha pis olacaq. Çünki OMON-çular əllərində əsas tutacaqlar ki, onların sənədləri yoxlamaq səlahiyyəti var. Həm də bu zaman hər hansı bir döyülmə faktı baş verərsə, bunu da qarşı tərəfin müqavimət göstərməsi ilə izah edəcəklər”.
Vəziyyətdən çıxmaq üçün nələr etmək lazımdır? Bu suala cavab almaq üçün müraciət etdiyimiz hüquqşünasların əksəriyyəti Rusiya qanunlarını yaxşı bilmədiklərindən tutarlı cavab verə bilmədilər. Amma onlar bunun üçün ümumi çıxış yollarını göstərməkdən də yayınmayıblar. Hüquqşünaslar deyirlər ki, Rusiyada yaşayan azərbaycanlıların ilk addımı yerli qanunları mükəmməl öyrənməkdən ibarətdir. Onlar bildirirlər ki, əgər həmyerlilərimiz qanunu bilsələr, o zaman OMON-çular belə onlarla hesablaşmalı olacaqlar.
Digər tərəfdən isə onlar azərbaycanlıları kriminal olaylardan uzaq durmağa çağırırlar.
Mustafa
Digər Xəbərlər
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00
2024-12-23 12:30:00
2024-12-23 10:39:39
2024-12-23 10:06:03
2024-12-23 09:28:54
2024-12-23 09:17:32
2024-12-21 12:17:35
2024-12-21 11:02:55
2024-12-20 17:13:00
2024-12-20 15:33:58
2024-12-20 13:45:49
2024-12-20 11:44:20
2024-12-20 09:27:05
2024-12-20 09:26:35