Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Sumqayıtda qətl törətməkdə təqsirləndirilən 29 yaşlı Fəttah Nuriyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Unikal.org report-a istinadən xəbər verir ki, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı başa çatıb.
Dövlət ittihamçısı çıxışında F.Nuriyevin 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Daha sonra təqsirləndirilən şəxs son söz üçün məhkəmədən vaxt istəyib.
Məhkəmənin növbəti iclası fevralın 23-nə təyin edilib.
Qeyd edək ki, F.Nuriyev 1982-ci il təvəllüdlü Sevda Bayramovanı qətlə yetirib. Məlumata görə, o, mərhumu əvvəl zorlayıb, sonra isə boğaraq öldürüb. Ailəli S.Bayramova 2 övlad anası olub.
F.Nuriyev idmanla məşğul olub, Sumqayıtda 10 nömrəli məktəbdə məşq keçirmiş. O, Sumqayıtda 3-cü mikrorayonda yaşayıb və bir azyaşlı övladı var.
F.Nuriyev Cinayət Məcəlləsinin 181.1-ci (quldurluq), 149.1-ci (zorlama), 1501.1-ci (seksual xarakterli hərəkətlər etmə), 120.2.6-cı (qəsdən adam öldürmə, zorlama və seksual xarakterli başqa zorakı hərəkətlə bağlı adam öldürmə) maddəsi ilə ittiham edilir.