Torpaqların qanunsuz istifadəsi və zəbt olunmasının qarşısının alınması ilə bağlı yoxlamalar başlayıb. Nəticədə paytaxtın Xəzər rayonu Qala qəsəbəsində 260 hektar əkinə yararlı torpaq sahəsinin qanunsuz hasarlandığı aşkar edilib.
Unikal.org xezerxeber.com-a istinadən bildirir ki, belə halların qarşısını almaq üçün Əmlak Məsələləri Dövlət Komitəsinin əməkdaşları Abşeron və Xəzər rayonu ərazisində reyd keçiriblər. Reyd zamanı Xəzər rayonu Qala qəsəbəsində hektarlarla kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin qanunsuz zəbt edildiyi aşkar edilib.
Hər iki rayonun müxtəlif ərazilərində 59 hektara yaxın torpaq sahəsində aparılan tikinti işləri təyinatına zidd olduğu üçün dayandırılıb.
İlin əvvəlindən respublika üzrə 500-ə yaxın belə qanun pozunutusu aşkar edilib. 230 halla bağlı inzibati qaydada protokol tərtib edilib.