Alma sirkəsi, bal ve su qarışımı o qədər zəngin minerallara, vitaminlərə malikdir ki, bu nisbətləri dəyişməklə demək olar bütün xəstəlikləri müalicə etmək mümkündür.
Hər ikisinin mükəmməl tərkibi birləşəndə vücud üçün sağlam bir eliksirə çevrilir.
 
Ağız, boğaz xəstəliklərində:

1 xörək qaşığı alma sirkəsi,
1 çay qaşığı bal,
Yarım stəkan ilıq su,
Ağız və boğaz qarqara edilir, tutulmuş səsi açır.
 
1 çay qaşığı balın bir stəkan suda qarışığı insanın qan plazması ilə eyni qatılıqda olur.
1 çay qaşığı alma sirkəsi
1 çay qaşığı bal
1 stəkan qaynanmamış su

Axşam yatmazdan əvvəl hazırlanıb səhər-səhər ac qarına içilir, səhər hazırlanır axşam yatmazdan əvvəl içilir.
 
Faydaları:
 
Orqanizmin bütün minerallara olan tələbatı ödənilir. Orqanizmin kalsiuma, kaliuma, maqneziuma, sinkə, dəmirə, misə və s. tələbatlar ödənilir. Bu minerallar çatmayanda yüzlərlə xəstəliklər əmələ gəlir.
Əgər sizdə köpmə, bağırsaqlarda mikroflora pozğunluğu və bağırsaq göbələyi varsa, bunun ən yaxşı çarəsi 3 ay yuxarıda deyilən formada içməyə davam edin. Bağırsaq mikroflorasını bərpa edir, insanın yaşlanmasının qarşısını alır.
Hər ikisinin tərkibindəki antioksidanlar sizi nəinki piylənmədən qoruyar, hətta piylərinizin əriməsinə səbəb olar, çünki antioksidanlar yandırmanı (oksidləşməni) sürətləndirirlər. Antioksidanlar həm xərçəngin profilaktikasında, həm də müalicəsində əvəzolunmazdırlar. Bütün bunlar üçün 5 ay bu tərkib içilməlidir.
 
Şərbətdən daimi istifadə zamanı mədə və qida borusu divarı xarici amillərin təsirinə çox dözümlü olurlar, qaraciyərin bütün xəstəliklərini müalicə edir, öd ifrazını artırır, öd xolesterin mübadiləsini çoxaldır. Xolesterin, lipid, yağ turşularının miqdarını azaldır, mədəaltı vəzin normal fəaliyyətini bərpa edir, insanda immun sistemi elə bir səviyyədə saxlayır ki, bu zaman heç bir infeksiya orqanizmə güc gələ bilmir. İnfeksiyalar xroniki hala keçə bilmir.
 
- antiparazit təsiri vardır
- bağırsağın filtr fəaliyyətini normal edir
- bədən hüceyrələrini yenilənir
- bağırsaqların, ümumiyyətlə, orqanların işi normallaşır
- təzyiq, baş ağrısı, piylənmə, astma, bronxit, epilepsiya, qastrit, qadınlarda adət pozğunluğu, kişilərdə iqtidarsızlıq, anemiya, yorğunluq kimi hallar zaman-zaman aradan qalxır. Bütün ürək qan-damar xəstəlikləri üçün şəfadır. (fizulihuseynov.com)