Azərbaycan ordusunun arsenalında "Tor-2ME" zenit raket qurğusu mövcuddur.
Unikal.org baku.ws-ə istinadən bildirir ki, "Tor-M2E" özüyeriyən Z.R.K. hava hücumundan müdafiə üçün istifadə olunur. Havada olan istənilən hədəfi vurmaq iqtidarında olan "Tor-M2E" müasir hərbi texnilaradan sayılır.
Yeni zenit-raket komplekslərinin daşıyıcıları olan bu maşınlar təyyarələri, vertolyotları, dronları, qanadlı raketləri və idarə olunan aviabombaları məhv edə bilər. Döyüş modulunda təyinedici aparatura - radiolokasiya və optika cihazları yerləşdirilmiş maşın hətta hərəkətdə olarkən hədəfləri tapıb müəyyən edir və saniyədə 700 metr sürətlə uçan bütün obyektləri vurub salır.
Bu cür kompleks döyüş şəraitində havada olan 50-yə yaxın obyekti birdəfəyə vurub salmaq istidarındadır. İlkin mərhələdə izləmə aparatı onların içərisində ən təhlükəlisi hesab olunan 10-nu seçir, 4-nü avtomatik olaraq vurub salır. Sonra isə atəş axırıncı hədəfin göydə olmasına və kanalın təmizlənməsinə kimi davam edir.
Xatırladaq ki, 1998-cı ildə "Tor-M2U" kompleksinin prototipi olan ZRK "Tor-M1" qurğusunun, onun fransız analoqu "Ktotal-NJ" kompleksindən üstün olması üzə çıxdı. Yunanıstanda keçirilən yarışmalar isə göstərdi ki, "Tor-M1" kompleksi özünün NATO konkurentlərinin hamısından daha çox hərbi üstünlüklərə malikdir.
[video=