Azərbaycan Mərkəzi Bankı (AMB) ABŞ dollarının mayın 10-na rəsmi məzənnəsini 1,5094 AZN/USD səviyyəsində təsdiq edib.
AMB-dən Unikal.org-a verilən məlumata görə, bu, bugünkü məzənnə ilə müqayisədə 0,04% azalma deməkdir.
Qeyd edək ki, mayın 6-da ABŞ dollarının rəsmi məzənnəsi 1,5100 AZN/USD səviyyəsində olub.