Hazırda Azərbaycan Silahlı Qüvvələrində zabit, gizir, çavuş və əsgər vəzifələrində təqribən 1000-dən çox qadın hərbi qulluqçu xidmət edir.  Qadınlarımız Silahlı Qüvvələrdə müxtəlif - tədris, tibb, kadr, kargüzarlıq, artilleriya, arxa cəbhə, beynəlxalq hərbi əməkdaşlıq, rabitə, kəşfiyyat və digər sahələrdə hərbi xidmət keçirlər. Hazırda Azərbaycan müharibə şəraitindədir. Əldə etdiyimiz məlumata görə, düşmən ölkə Qarabağda ordumuza qarşı cinayyət törətmək üçün kifayyət qədər qadınlar xidmət edir. Amma Azərbaycanda xanımlarımızın kişilər qədər ön cəbhədə yaxşı xidmət aparmaq bacarıq və məharətləri olmasına baxmayaraq dövlətimiz onları ön cəbhəyə göndərməyi rəva bilmir.
 
Unikal.org məsələnin maraqlı tərəfini nəzərə alaraq dünyanın bir sıra ölkələrində ön cəbhədə döyüşən tankçı hərbiçi xanımların fotolarını oxuculara təqdim edir. Belə ki, fotolarda İsrail, ABŞ, Suriya, Ukrayna və digər bir sıra ölkələrin qadın tankçıları yer alır.