Avropa Birliyi vizasız rejim üçün terrorla mübarizə qanununun dəyişdirilməsini istəyir.
 
Unikal.org Publika.az-a istinadən xəbər verir ki, bunu Prezident Rəcəb Tayyib Ərdoğan AB-nin irəli sürdüyü yeni tələb barəsində danışarkən deyib.
 
"Terrorçuların çadır qurmasına imkan verib qarşımıza şərt qoyacaqsınız. Biz yolumuzla gedirik, sən də yolunla get!", - Türkiyə prezidenti bildirib.
 
Qeyd edək ki, Avropa Komissiyası mayın 4-də Türkiyə vətəndaşları üçün viza rejimini ləğv edib. Qərar Avropa Birliyi Şurası tərəfindən də təsdiqlənərsə, vizasız rejim 1 iyul tarixindən qüvvəyə minəcək.
 
Beləliklə, Türkiyə vətəndaşları Şengen ölkələrinə üç aydan qısa müddətli səfərlər zamanı viza almaq məcburiyyətində qalmayacaq. Ancaq razılaşma Türkiyə vətəndaşlarına Avropa Birliyi ölkələrində iş haqqı vermir.