Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa rəhbərliyini vizaların ləğvi üçün irəli sürülən sərt tələblərə görə tənqid edib.
Unikal.org bildirir ki, bunu «Reuters» xəbər verib.
«Türkiyə terrorçu təşkilatlar, onları açıq, ya gizli dəstəkləyən qüvvələr tərəfindən zərbələrə məruz qaldığı bir vaxtda Aİ bizdən terrorçuluq haqqında qanunu dəyişdirməyimizi tələb edir. Onlar deyirlər: «Biz vizaları ləğv edirik və bu bizim tələbimizdir!» Bağışlayın, biz öz yolumuzla gedirik, siz isə öz yolunuzla gedin. Kiminlə istəyirsiniz, saziş bağlayın», - İstanbuldakı çıxışında o belə deyib.
Mayın 4-də xəbər verilmişdi ki, Avrokomissiya Aİ-yə Türkiyə Respublikası vətəndaşları üçün vizaların ləğvini tövsiyə edib. Bununla bərabər, Avrokomissiyada qeyd etmişdilər ki, viza rejiminin liberallaşdırılması Avropa İttifaqında iş hüququ anlamına gəlmir və söhbət yalnız 90 gün müddətindən çox olmayaraq işgüzar və ailəvi səfərlərdən gedir.