Türkiyənin məşhur aktyoru Çağatay Ulusoy həbs oluna bilər.
 
Unikal.org-un anspress-ə istinadən məlumatına görə, Türkiyə Baş Prokurorluğu "mütəşəkkil cinayətkar dəstənin fəaliyyətindən yararlanaraq narkotik maddələrlə təmin etmək"də ittiham olunan 34 nəfərlə bağlı iş istəyib.

"Bizim tərəfdə çox adam nəşə çəkir".
İstanbul Narkotik Polisi 2013-cü ilin yanvarında "narkotik maddə ilə təmin etmək" ittihamıyla 34 nəfəri saxlayıb. Onların  arasında aktyor Çağatay Ulusoy, aktrisa Gizem  Karaca və müğənni Cenk Eren də var idi. Onlar bir müddət polis idarəsində saxlanılıb ifadələri alındıqdan sonra azadlığa buraxılsalar da, haqlarında araşdırma davam etdirilib. Bu gün isə məlum olub ki, hər üç məşhur 2 ilə qədər həbs cəzası ala bilər.

Ç.Ulusoy ifadəsində heç kimi narkotik maddə ilə təmin etmədiyini deyib: "Bizim tərəfdə çox adam nəşə çəkir. Həmin vaxtı "Emirin yolu" serialında çəkilirdim. Psixoloji və mənəvi cəhətdən çətin dövr idi. Daha çox çəkməyə başlamışdım. Amma heç kimi təmin etməmişəm".