Tanınmış Johnson & Johnson şirkəti növbəti məhkəmə prosesində uduzub.
Xərçəngdən əziyyət çəkən ABŞ vətəndaşı Qloriya Ristsand şirkətə qarşı çox ciddi iddia irəli sürüb. Qadın sübut edirdi ki, tərkibində talk olan Johnson & Johnson şirkətinin məhsullarının uzun illər ərzində istifadəsi onda xərçəngin inkişafına səbəb olub.
Məhkəmə təsdiq edib ki, xərçəngin inkişafının səbəbi məhz talk əsasında səpmə dərman ("prisipka") olub.
Reuters agentliyi xəbər verir ki, məhkəmənin qərarına görə, Johnson & Johnson şirkəti iddiaçıya 5 milyon dollar kompensasiya ödəməlidir.
Bu ilk belə məhkəmə prosesi deyil. Yumurtalıqlar xərçəngindən vəfat etmiş Jaklin Foks adlı ABŞ vətandaşının qohumları Johnson & Johnson şirkətinə qarşı oxşar iddia irəli sürüb və məhkəmədə udublar.
Hal hazırda daha 1200 insan şirkətə qarşı oxşar iddialar irəli sürüb.(saglamolun.az)