İstanbul məhkəməsi türkiyəli jurnalistlər Can Dündar və Ərdəm Gül barəsində hökm çıxarıb.
Unikal.org-un məlumatına görə, Can Dündar dövlət sirrini yaymaq ittihamı 5 il 10 ay müddətinə azadlıqdan məhrum edilib. Ərdəm Gül isə eyni maddə ilə təqsirli bilinərək barəsində 5 il həbs cəzası qərarı verilib.
Can Dündara qarşı cinayət işi prezident Ərdoğanın şikayəti əsasında açılıb.
Qeyd edək ki, hökmdən bir qədər əvvəl İstanbuldakı Çağlayan Ədliyyə binasının qarşısında Can Dündara sui-qəsd cəhdi olub. Jurnalistə atəş açan 40 yaşlı Murad Şahin tutulub. Bir nəfərin yaralandığı silahlı hücum anının görüntüləri yayılıb.
Atəş açılması nəticəsində Can Dündar xəsarət almasa da, NTV telekanalının müxbiri ayağından yaralanıb. Atəş açan şəxsi Cümhuriyyət Xalq Partiyasından (CHP) olan millət vəkili Məhərrəm Erkək və Can Dündarın həyat yoldaşı Dilək Dündar zərərsizləşdirib. Daha sonra hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Hadisə törədən Murad Şahin polis şöbəsinə aparılıb. Onun adının bir neçə cinayətdə keçdiyi bildirilir.