Türkiyədə 12 yaşında Lamia adı ilə Ögey Baba serialından sonra məşhurlaşan aktrisa Burçin Abdullah öz həyatı haqqında maraqlı məlumatlar verib.
Unikal.org türkiyə mətbuatına istinadən xəbər verir ki, Burçin Abdullah müsahibələrin birində qeyd edib ki, sözü gedən filimdə çəkildim və amma ailəm mənə aktirisa olmağıma icazə vermədilər: "Bank işi sahəsində Türkiyə və Amerikada təhsil aldım. Amma 3 ay bank işində çalışdıqdan sonra bu sahənin mənim üçün sıxıcı olduğunu gördüm. Bəlkəm də, sıxıcı olmasaydı, mən yenidən aktirisalığa başlamazdım. Hazırda 28 yaşındayam, yenidən aktirisalığ sənətimi davam etdirmək istəyirəm. Artıq Ankara Yazı-Vida Məktubu filimində çəkilməyə təklif almışam".
Aktrisa öz şəxsi durumundan da söz açıb: "Mənim həmişə coşğun bir halım var. Qadına xas və seksual bir enerjim yoxdur. Elə enerjiyə sahib insanları da çox sevmirəm. İlk eşqbazlığım universitet bitdikdən sonra başladı. Sonra master üçün xaricə getdim və bitdi. Ən son gözəl bir əlaqəm oldu, onunla da başa çatdı. Xarici vətəndaş idi. Türk kişiləri qadınları qapalı saxlayır və azadlıqlardan məhrum etdiyi üçün fikirləşirdim ki, xarici ölkənin kişisiylə daha yaxşı bir-birimizi başa düşərik. Amma bu heçdə belə olmadı. Kiminsə qadınısansa, deməli bu hər yerdə belədir".