İsraildə qəribə hadisə baş verib.
Unikal.org modern.az saytına istinadən xəbərinə görə, İsrailin Hayfa şəhər məhkəməsinə ilginc şikayət ərizəsi ilə müraciət ediblər.

"The Times of İsrael" qəzeti yazıb ki, adını açıqlamayan şikayətçi Tanrını məhkəməyə verib.

Fikrini belə əsaslandırıb ki, Allah son zamanlar ona qarşı münasibətdə ədalətli deyil. Ən maraqlısı isə odur ki, iddia əsasında məhkəmə prosesi keçirilib. İclasın protokolunda qeyd edilib ki, Tanrı cavabdeh tərəf kimi məhkəməyə gəlməyib.

Hakim iddia ərizəsini səfeh adlandırıb və bildirib ki, şikayətçi başqa bir şəxsə müraciət etməlidir.

Məlumata görə, bu şəxs bir neçə dəfə də Allaha qarşı iddialarla çıxış edib.