Rayonlarda iş yerini dəyişmək istəyən müəllimlər üçün bu proses imtahan vermədən reallaşa bilər.
Unikal.org xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri İlham Nağıyev deyib. O bunu əksər rayonlardaelan olunan vakant yerə ancaq bir müəllimin müraciət etməsi ilə əlaqələndirib.
"Belə halda imtahana ehtiyac olmur. Direktorların rəyi əsasında yerdəyişmə həyata keçirilir. Yerlərdə müəllimlərin yerdəyişməsi rayon, şəhər daxilində yerli idarəetmə orqanları tərəfindən aparılır.
Yerdəyişmə zamanı hər iki məktəb direktorunun müəllimin yerdəyişmə istəyi ilə bağlı müsbət rəyi olmalıdır. Müəllim birinci vakansiyanı seçir, elektron qeydiyyat həyata keçirilir. Daha sonra test imtahanı verir. İmtahandan məqbul nəticə göstərən müəllimə müsahibə mərhələsinə keçir. Müsahibə mərhələsində yerini dəyişmək istədiyi məktəbin direktoru da iştirak edir və onun da rəyi əsasında qərar verilir. Bəzi hallarda direktor tərəfindən narazılıq yaşanır".
İ. Nağıyev mayın 14-dək şəhər və ya rayon daxilində müəllimlərin daxili yerdəyişməsi prosesinə  davam edəcəyini qeyd edib.
"Mayın 1-dən 10-dək ərizə qəbulu aparılır. Respublikanın elə rayonları ola bilər ki, orada mayın 1-10-da ərizə qəbulu başa çatdıqdan sonra birbaşa müsahibə mərhələsini təşkil edilsin. Ola bilər ki, hansısa rayonda 3-4 nəfər sənəd versin. Burada imtahana lüzum olmaya bilər. Adətən, imtahan o yerdə olur ki, orada sənəd verən namizədlərin sayı çox olur. Bakıda çox vaxt bir yerə 10 nəfər sənəd verir, rəqabət yüksək olur.
Amma rayonda bir yerə 1 nəfər sənəd verdikdə burada artıq imtahanın keçirilməsinə lüzum qalmır və məktəb direktorlarının rəyi əsasında bu qərar verilir".
İ.Nağıyev əlavə edib ki, Bakıda müəllimlərin yerdəyişməsi üçün 600 vakant yer elan edilib və ortalama bir yerə 3, 5, hətta 7 nəfər sənəd verir. "Bu il də təxmini eyni rəqəmləri gözləyirik".