Qarışıq döyüş ustası Cef Monson Rusiya vətəndaşı olduqdan sonra cızdığı ilk yarışında biabırçı vəziyyətdə məğlub olub.
Unikal.org anspress-ə istinadən məlumatına görə, amerikalı döyüşçü rusiyalı idmançı İvan Ştırkov ilə qarşılaşıb. Cef Monson 30 saniyədə rəqibinə məğlub olub.
Döyüş Rusiyanın Yekaterinburq şəhərində keçirilib. 27 yaşlı İvan Ştırkovun ilk hücumu uğurlu alınıb. O, əvvəl 45 yaşlı amerikalının baş nahiyəsinə sağ əli ilə güclü zərbə endirib. Monson zərbənin gücündən yerə yıxılıb. Rusiyalı idmançı isə amerikalının özünə gəlməyə imkan verməyərək onun əlini tutaraq döyüş fəndinə salıb. Nəticədə Cef Monson təslim olub.

Amerikalı idmançı ötən il Rusiya vətəndaşı olub.