Bərdə rayonunda 10 ildir övladı olmayan ailənin üçəmləri dünyaya gəlib.
Unikal.org "Report"a istinadən məlumatına görə, Əliyevlər ailəsində dünyaya gələn üçəmlər qız övladlarıdır.
Ağdərə rayonundan məcburi köçkün olan, Tərtər rayonunun İsmayılbəyli kəndində müvvəqəti məskunlaşan Samir Xudu oğlu Əliyev və Elnarə Məhərrəm qızı Əliyeva on ildir ailəlidirlər və indiyə kimi övladları olmayıb.
E.Əliyeva Bərdə Rayon Mərkəzi Xəstəxanasının (RMX) Doğum şöbəsinə gətirilib və üçəmlər orada dünyaya göz açıblar.
Hazırda Bərdə RMX-da olan körpələr bütün tibbi müayinədən keçib və onlar ciddi həkim nəzarətində saxlanılırlar.
Xəstəxanadan "Report"a bildirilib ki, doğuşun vaxtından əvvəl baş verməsinə baxmayaraq, uşaqların və ananın vəziyyəti normaldır: "Körpələr qeysəriyyə əməliyyatı ilə dünyaya gəliblər. Onlardan birinin çəkisi 1,7 kq, digərlərinin çəkisi isə 1,8 və 2 kiloqramdır".