Türkiyə baş naziri postuna namizəd, enerji və təbii sərvətlər naziri Berat Albayraq ölkədəki hakim rejimlə bağlı açıqlama verib.
Unikal.org azvision.az-a istinadən xəbər verir ki, Albayrak ölkədə idarəçilik mexanizmində müəyyən problemlərin olduğunu etiraf edib.
"Türkiyədə rejim problemi yoxdur. Türkiyədə bir sistem, idarəçilik problemi var. Bu problem isə yalnız Konstitusiya həll edə bilər. Kimlərinsə idarəçiliklə bağlı dilə gətirdiyi şübhələri qulaq ardı etməyin. Sistemdə olan problem özünü hər gün daha da açıq-aşkar büruzə verəcək", - deyə nazir vurğulayıb.
Xatırladaq ki, Türkiyənin baş naziri Əhməd Davudoğlu bir neçə gün öncə istefa verəcəyini açıqlayıb.