Mübariz Qurbanlı: "Qarabağ probleminin həlli ilə bağlı Türkiyənin təşəbbüsləri çox dəyərlidir"
11:56 16-08-2012
SİYASƏT
Mübariz Qurbanlı: "Qarabağ probleminin həlli ilə bağlı Türkiyənin təşəbbüsləri çox dəyərlidir"
"Türkiyə bölgədə böyük nüfuza malik olan dövlətdir və onun proseslərə təsir etmək imkanları var. Bu baxımdan, ABŞ dövlət katibinin Türkiyəyə səfəri və bu səfər zamanı aparılan müzakirələr xüsusi diqqət mərkəzindədir.
Bu səfər Türkiyənin bölgədəki güclənən nüfuzunu bir daha təsdiqləyir". Bu fikirləri hakim Yeni Azərbaycan Partiyasının (YAP) saytına açıqlamasında partiya icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı deyib.
M. Qurbanlı bildirib ki, Türkiyə Cənubi Qafqaz bölgəsində də təsir gücünə malikdir. Cənubi Qafqaz isə geosiyasi və geoiqtisadi baxımdan dünyanın həssas bölgələrindən biridir: "Bu baxımdan, regionda mövcud olan münaqişələrin həlli ilə bağlı Türkiyənin təşəbbüsləri təqdirəlayiqdir. Regiondakı münaqişələr, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bütövlükdə regionda mühüm layihələrin reallaşmasına mane olur. Dünyanın böyük dəyişikliklərə məruz qaldığını deyən millət vəkilinin sözlərinə görə, hazırda dünyada aparıcı yeri nə hərbi güc, nə əsgəri qüvvənin sayı deyil, yeni texnologiyalar, elm və dövlətlərin iqtisadi gücü tutur. Dövlətlərin iqtisadi potensialının artmasında iqtisadi layihələr xüsusi yer tutur. Amma münaqişələr isə buna başlıca maneədir. Ona görə də, dünya dövlətləri Dağlıq Qarabağ münaqişəsinin həllinə maraq göstərməkdədir. Türkiyənin bu baxımdan təşəbbüsləri də yüksək dəyərə malikdir. Azərbaycanla Türkiyə strateji müttəfiq, dost və qardaş ölkələrdir. Qardaş dövlət kimi Türkiyə münaqişənin həlli prosesində Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir.
Dövlət modeli baxımından Türkiyə islam dünyasında cəlbedici rol oynayır. Azərbaycan da dünyəvi dövlət kimi iqtisadi və siyasi modelinə görə cəlbedici ölkədir. Bizim Türkiyə ilə ortaq maraqlarımız başqa ölkələr ilə müqayisədə daha çoxdur. Türkiyə zaman-zaman belə təşəbbüslərlə çıxış edərək Qafqazı sülh və əmin-amanlıq bölgəsinə çevirmək istəyir, bölgə dövlətlərinin iqtisadi birliyinə nail olmağa çalışır. Qarabağ problemi isə bütün bunlara mane olur. Qeyd edim ki, bu münaqişə bütün bölgə dövlətlərinə ziyan vurur. Artıq Cənubi Qafqazda Rusiya üçün Ermənistanın əhəmiyyəti azalıb. Çünki Türkiyə bölgənin güclü dövləti kimi proseslərə təsirini artırır. Ümumiyyətlə, Qarabağ probleminin həlli ilə bağlı Türkiyənin təşəbbüsləri çox dəyərlidir".
Digər Xəbərlər
2024-12-24 19:48:00
2024-12-24 19:24:05
2024-12-24 19:10:08
2024-12-24 18:42:57
2024-12-24 18:22:48
2024-12-24 15:40:25
2024-12-24 15:14:17
2024-12-24 14:51:10
2024-12-24 11:45:40
2024-12-24 11:17:44
2024-12-24 11:10:58
2024-12-24 10:25:46
2024-12-24 00:01:07
2024-12-24 00:00:00
2024-12-23 21:15:45
2024-12-23 20:31:41
2024-12-23 19:58:35
2024-12-23 19:46:50