Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçusu Samux rayonu ərazisində baş vermiş hadisə nəticəsində həyatını itirib.
"Unikal" xəbər verir ki, DSX-nin yaydığı məlumata görə, iyulun 1-də Sərhəd Qoşunlarının hərbi qulluqçusu, kiçik gizir Vüsal Zabil oğlu Nəzərovun olduğu avtomobil idarəetmədən çıxaraq çay yatağına aşıb.
Bildirilib ki, məlumat daxil olan kimi Dövlət Sərhəd Xidməti və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən hadisə yerində axtarış-xilasetmə əməliyyatı keçirilib. Görülən tədbirlər nəticəsində hərbi qulluqçunun meyiti aşkar olunub.
Dövlət Sərhəd Xidmətinin rəhbərliyi Vüsal Nəzərovun vəfatı ilə əlaqədar ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.
*** 20:46
Samux rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Unikal" report-a istinadən xəbər verir ki, hadisə rayonun Burunqovaq kəndinə yaxın ərazidə qeydə alınıb.
Belə ki, MAZ markalı yük avtomobilinin sürücüsü idarəetməni itirib və maşın yoldan çıxaraq çaya düşüb. Nəticədə yük maşınının içərisində olan üç nəfərdən biri çayda boğularaq ölüb, digərləri isə sudan çıxa biliblər.
Hazırda əraziyə müvafiq qurumların əməkdaşları cəlb olunublar və ölən şəxsin axtarışları davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.












.jpg)










.jpg)




.webp)





.jpg)
















.jpg)




