Çinli milyarder Li Szinszyuan 2500 əməkdaşını özü ilə İspaniyaya istirahətə aparıb.
İşçilər üçün 1650 otel nömrəsi tutulub. Onları şəhərlərdə 70 ekskursiya avtobusu gəzdirəcək.
Səfərin ümumi xərci 7 milyon avrodur.
Madridə 20 çarter təyyarəsi ilə gəlmiş çinlilər Barselonaya 4 sürət qatarında yollanıblar.
Ötən il şirkətinin 20 illik yubileyi münasibətilə Li Szinszyuan 6200 əməkdaşını Fransanın Lacivərd Sahilinə aparmışdı.(Milli.az)