Bu bitki kərəvizin köküdür. Kərəvizin kökü və gövdələri onun yarpaqlarından daha faydalıdır.
Kərəvəzin kökünü çiy halda salatlara əlavə edirlər, bişirirlər, qızardırlar və s.
Kərəvizin kökünün faydaları:
- antiseptik və virusəleyhinə təsirə malikdir
- immun sistemini möhkəmləndirir
- sinir sisteminə müsbət təsir edir, əqli fəaliyyətini, yaddaşı yaxşılaşdırır
- oynaqlar üçün faydalıdır
- bağırsaqların fəaliyyətini yaxşılaşdırır
- orqanizmi toksinlərdən və şlaklardan təmizləyir
- xərçəng xəstəliklərinin profilaktikasıdır
- sidikqovucu təsirə malikdir
- kişilərdə potensiyanı gücləndirir
- arıqlamağa kömək edir.
Nəzərə almaq lazımdır ki, çiy kərəviz kökünü bir çox mədə-bağırsaq sistemi xəstəlikləri zamanı qəbul etmək olmaz. (Saglamolun.Az)