Türkiyənin Baş naziri Əhməd Davudoğlu Bosniya Hersoqovinanın Banya Luka şəhərinə səfər edib.
 
Baş nazir burada Fərhadiyyə məscidinin açılışında iştirak edib.
 
Mərasimdə diqqət çəkən məqam Davudoğlunun əlindəki sarğı olub. Baş nazirə yaxın mənbələrdən verilən məlumata görə, Davudoğlu Konya şəhərində olarkən xeyli vətəndaşla salamlaşıb və əli yüngül zədələnib.
 
Bu səbəbdən həkimlər onun əlinə sarğı qoyub.(Axar.az)