Çinin şərqindəki Fuçzyan əyalətində inşaat meydançalarından birində baş vermiş sürüşmə nəticəsində təxminən 30 nəfər uçqunların altında qalıb.
 
Bu haqda Çinin mərkəzi televiziyası - CCTV xəbər yayıb.
Hadisə Sanmin şəhər dairəsinin Taynin rayonunda, yerli vaxtla təxminən səhər saat 5-də baş verib. Uçqunun işçilərin qaldığı yataqxananı dağıtdığı bildirilir.
Hadisənin yerində xilasedicilər və polis əməkdaşları cəlb edilib. Xilasedicilərin sözlərinə görə, sürüşməyə regionda güclü yağışların yağması səbəb olub. (Report)