Türkiyənin Hatay vilayətində yaşayan bu günədək 9 kitab yazan, çox sayda şeiri olan 58 yaşındakı ibtidai sinif müəlliməsi Xədicə Peköz inəyini satıb,aldığı kompüteri ilə, mətbuatın diqqətini çəkib.

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, aldığı kompüterində oğlunun köməkliyi ilə web- dizayn və bir neçə proqraqmı öyrənən müəllimə sosial şəbəkədə artıq sənət və ədəbiyyat səhifəsinə rəhbərlik edir.

Belə ki, Peköz, 2008-ci ildə danasını satıb aldığı kompüter hesabına şeir və əsərlərini daha rahat yazdığını da ifadə edib. 

Peköz kompüterdə örgəndiyi proqramlar hesabına qısa metrajlı filmlər də çəkmək arzusundadır.