İraq Kürd Muxtar Vilayəti müstəqillik haqqında referendum keçirmək niyyətindədir.
 
Bu sözlər Muxtariyyətin Milli Təhlükəsizlik Şurasının rəhbəri Masrur Bərzaninin "Vaşinqton Post" qəzetində dərc olunan məqaləsində yer alıb. Onun sözlərinə görə, İraq artıq etibarsız dövlətdir. O, həmçinin rəsmi Bağdadın öz vətəndaşlarını qorumaq imkanında olmadığını bildirib. (Axar.az)