Bu gecə Bakıda qətl hadisəsi baş verib.
 
Gecə saat 2 radələrində Məhəmməd Hadi küçəsi 68A ünvanının qarşısında, metronun "Həzi Aslanov" stansiyasının qarşısında bir qrup şəxs arasında dava-dalaş olub. Dava zamanı naməlum şəxs 1977-ci il təvəllüdlü Nurullayev Musa Nurulla oğlunun döş qəfəsinə bıçaq zərbəsi endirib. M.Nurullayev hadisə yerindəcə keçinib.
 
Faktla bağlı cinayət işi açılıb, əməliyyat-axtarış tədbirləri həyata keçirilir.(Lent.az)