"Azərbaycanda bu il olduğu kimi ilaxır çərşənbə ilə Novruz bayramının eyni günə təsadüf etməsi sonuncu dəfə 2001-ci ildə baş verib. Bu hadisə bir də 2035-ci ildə qeydə alınacaq".

Unikal.org xəbər verir ki, bunu özəl olaraq Trend-ə AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikaylov bildirib.

X.Mikaylovun sözlərinə görə, Novruz çərşənbələri müəyyənləşdirilərkən yaz fəslinin ölkəyə gəliş tarixi mütləq şəkildə nəzərə alınır. Bəzi hallarda axır çərşənbə bayramdan 6 gün əvvələ keçirilir.