2014-cü il avqustunda fəaliyyətinin birdəfəlik dayandırıldığı elan edilən edilən "Zerkalo qəzeti yenidən fəaliyyətə başlayıb.

Unikal.org xəbər verir ki, bu barədə qəzetin təsisçisi və baş redaktoru Elçin Şıxlı sosial şəbəkədə məlumat verib. O, qəzetin fəaliyyətini internet üzərindən davam etdirəcəyini açıqlayıb: ""Zerkalo"nu da işə saldıq! Əyər-əskikləri hələ var, üzərində iş gedir, amma artıq baxa bilərsiniz - zerkalo.az.

Məlumat üçün bildirək ki, sözügedən tarixdə fəaliyyəti dayandırılan "Ayna qəzeti də bir müddət əvvəl online rejimdə yayımlanmağa başlayıb.

Qeyd edək ki, "Zerkalo qəzeti 1990-cı ilin avqustunda yaradılıb. Rus dilində çıxan "Zerkalo gündəlik çap olunurdu. 2014-cü ilin may ayının əvvəlində həftədə bir dəfə işıq üzü görməsi qərara alınmışdı. Ancaq nəşri bu yolla da saxlamaq mümkün olmayıb, 2014-cü il iyunun 1-dən qəzetin nəşri dayanıb.