"Vaşinqton Post" qəzetinin əməkdaşı Maykl Birnbaum 9 May - Qələbə günü münasibətilə Moskvadan hazırladığı reportajda maraqlı faktlar qələmə alıb.
Unikal.org Axar.az-a istinadən xəbər verir ki, Birnbaum İkinci Dünya müharibəsində Almaniya üzərində qələbənin ABŞ-da qeyd olunmadığını bildirib.
O, yazısında amerikalıların SSRİ-nin müharibədə elə də böyük rol oynamadığını düşündüklərini yazıb.
Amerikalı jurnalist, həmçinin qeyd edib ki, ABŞ əhalisi Hitleri məhz özlərinin məğlub etdiyini, SSRİ-nin isə bu müddətdə, sadəcə, ABŞ-a kömək edən bir dövlət olduğunu zənn edirlər.
Lakin Maykl Birnbaum ABŞ əhalisindən fərqli olaraq, Hitler Almaniyasının devrilməsində SSRİ-nin böyük rol oynadığını yazıb.