Hitleri kim öldürüb: ABŞ, yoxsa SSRİ?Birinci Qarabağ müharibəsinin iştirakçısı, bir ayağını itirmiş keçmiş döyüşçü üstündən 22 il keçməsinıə baxmayaraq döyüş texnikasını idarə etməyi unutmayıb.
Müharibə veteranlarının sıralarında ön cəbhəyə səfər edən, Saatlı rayonundan olan Mürşüd Məmmədov protez ayaqla olmasına rəğmən ən çətin şəraitlərdə yerləşən mövqelərə qalxıb. Daha sonra poliqona gələn M. Məmmədov hərbi hissənin istifadəsində yer alan BMP-2 piyada döyüş maşınının sürücü-mexanik yerinə əyləşərək, heç bir yardım olmadan modernizə edilmiş texnikanı idarə edib. BMP-2 maşınını notmativlərdən tez işə salan və onunla manevrləri yerinə yetirən M. Məmmədovun bacarığı yüksək rütbəli zabitlər tərəfindən də alqışlarla qarşılanıb.
Müharibə veteranı texnikanın döyüş zamanı idarə edilməsi, ona texniki qulluğun göstərilməsi barədə təcrübəsini gənc heyətlə bölüşüb
M.Məmmədov bildirib ki, 22 ildən sonra müharibə zamanı idarə etdiyi piyada döyüş maşınına əyləşib onu idarə etməsi onu çox təsirləndirib. O, BMP-2 və BMP-3 tipli döyüş maşınlarını da idarə etməyi bacardığını bildirib: "Mən maşına əyləşəndə onda bir doğmalıq, doğma iy duydum. Özümü bir anlığa 22 il əvvəldə hissə elədim. Elə zənn elədim ki döyüşə – şəhid dostlarımın qisasını almağa gedirəm. Allah mənə bu maşının sükanı arxasında döyüşçü dotlarımla, komandirimlə birgə torpaqlarımızı işğaldan azad etmək imkanını, xoşbəxtliyini nəsib etsin"./AzeriDefence/