"Yaşıl bazarda satılan ekzotik meyvələrin qiyməti:

Unikal.org Teleqraf.com-a istinadən ekzotik meyvələrin qiymətlərini təqdim edir:

Draqon (Pitaya) meyvəsinin 1 dənəsi 10 manatadır.

Satıcı Fərman deyir ki, ekzotik meyvələrin öz alıcıları var: "Bu meyvələrə tələbat var. Alıcılarlımız olur. Kimisi xəstəyə dərman olaraq, kimisi gözəllik, kimisi də meyvənin dadını bilmək üçün alır. Draqon meyvəsini görünüşünə görə "əjdaha gözü də adlandırırlar. Bu meyvənin çəkisi təxminən 200 qram-1 kiloqram arası olur. Əsasən şərab, meyvə suyu və digər içkilər hazırlananda istifadə edilir. Ürək-damar xəstəliklərinə kömək edir, üz dərisində quruluğun qarşısını alır.

Grandilla meyvəsinin dənəsi 8 manatdır. Onun qaraciyər xəstəliyinə faydası var.

Marakua meyvəsinin kilosu 30 manatdır. Sinir sistemi xəstəliklərinə qarşı dərmanlarda istifadə olunur.

Ağ manqonun bir dənəsi 30 manatdır. Digər manqolardan dadına görə seçilir.

Liçi - 1 kilosu 40 manatdır.

Kakanit (soyulmuş kakaus) dənəsi 20 manat. Tələbat olan ekzotik meyvələrdəndir.

Ulduz karanbula - biri 6 manata satılır.

Marakko apelsininin isə kilosu 5 manatdır.

Satılan meyvələr arasında bizim üçün ənənəvi hesab edilən meyvələrə də rast olduq. Amma hazırda onlar qeyri-mövsümi meyvə sayılır. Gilasın kilosu 80 manatdır.

Dənəsin ölçüsü böyük olan 10 dənə alça 15, kiçik olan isə 10 manata satılır.