Beşiktaş klubunun ulduz futbolçusu Ricardo Quaresma, Qalatasarayın Gənclərbirliyi ilə oyunda buraxdığı qoldan sonra instagram hesabından canlı yayım edərək gülməyə başlayıb.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, Beşiktaşın portuqaliyalı ulduzu Ricardo Quaresma Gənclərbirliyi-Qalatasaray oyunu zamanı sarı qırmızılıları bu hərəkəti ilə özündən çıxarıb. Oyunun davam etdiyi zaman instagram hesabından canlı yayıma çıxan portuqaliyalı futbolçu 90+2 dəqiqədə vurulan qola sevindi. Canlı yayım vaxtı Alper Uludağın paytaxt təmsilçisinin qapısına vurduğu qolu görən Quaresma gülməkdən özünü saxlaya bilmədi. Quaresmanın bu hərəkəti isə sosial medianın gündəminə çevrildi.