Müğənni Samirə Yusifqızı uzun müddətdir görüşmədiyi qardaşını axtarır. O ailə üzvünün tapılması üçün ARB efirindən yardım istəyib.
Unikal.org-un məlumatına görə, müğənni qardaşı ilə artıq 24 ildir görüşmədiyini bildirib:
"1994-cü ildən qardaşımla görüşmürük. O məndən kiçikdir. Ana ayrı qardaşımdır. O zamanlar balaca idi. İndi xaricdə olmalıdır. Ana tərəfindən yahudi idilər. Ad olaraq Səlimov Fərhad Yusif oğlu gedir. Hələ ki, efir vasitəsi ilə axtarıram. 1 doğma bacım var. Bu qardaşımla isə atam rəhmətə gedəndən sonra əlaqələrimiz kəsildi.