Bu günlərdə Azərbaycan Tibb Universitetinin nəzdində təşkil edilmiş Dissertasiya Şurası Bakı dəmir yolu xəstəxanasının "Diaqnostika şöbəsinin müdiri Adilə Cəlal qızı Rzayevaya, "Səhiyyə və onun təşkili ixtisasında tibb sahəsi üzrə elmlər doktoru elmi dərəcəsi verməyi qərara alıb və Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası qarşısında bu qərarı təsdiq etmək haqqında vəsadət qaldırıb. 

Unikal.org xəbər verir ki, Adilə Rzayeva 1969-cu il martın 8-də Bakı şəhərində ziyalı ailəsində dünyaya göz açıb. 1992-ci ildə Azərbaycan Dövlət Tibb Universitetinini bitirdikdən sonra Bakı dəmir yolu xəstəxanasında əmək fəaliyyətinə başlayıb və artıq 25 ildir ki, dəmiryolçuların sağlamlığı keşiyində dayanır. Eyni zamanda 2016-cı ildən Təkmilləşdirmə İnstitutunda "Sosial gigiyena və səhiyyənin təşkili kafedrasında baş müəllim kimi fəaliyyət göstərir. 2009-cu ildə tibb elmləri üzrə fəlsəfə doktorudur.

A. Rzayevanın doktorluq işi "Dəmiryolçuların xəstələnməsinin, əmək qabiliyyətinin müvəqqəti və daimi itirilməsinin, ölümünün kompleks qiymətləndirilməsi və onların tibbi təminatının optimallaşdırılmasının elmi əsasları mövzusundadır. 

Elm yollarında qazandığı növbəti uğura görə Adilə Rzayevayanı təbrik edir, gələcək fəaliyyətində də uğurlar arzulayırıq!