Space Tv-nin "Olar? Olmaz! verilişinin bu dəfə ki buraxılışı dönər ətləri ilə bağlı olub.

Unikal.org xəbər verir ki, yayılan məlumatlara görə, aparıcı Amil Xəlil dönər satılan məntəqələrə üz tutaraq ətin haradan gətirildiyini və həmin əraziyə yollanmaq istədiyini bildirib. Çəkiliş vaxtı sahibkarlardan biri aparıcıya qarşı zor tətbiq edərək çəkilişə maneçilik törədib.

Məsələni dəqiqləşdirmək üçün aparıcı əlaqə saxladıq. Amil Xəlil bildirdi ki, hər şey qaydasındadır:

"Hər şey qaydasındadır. Heç bir problem yoxdur. Çəkiliş vaxtı kiçik anlaşılmazlıq oldu. Sonradan barışdıq. Şükür salamatçılıqdır. Hətta bu gün bir yerdə olduq. Bəzən kiçik anlaşılmazlıq olur. Və bucür məsələlər sosial şəbəkədə şişirdilir. Var olun. Hər şey əladır.