Qubadlı rayonunda prezident seçkilərində səsvermə prosesi mütəşəkkil keçir.

Unikal.org xəbər verir ki, rayonda prezident seçkiləri iki dairə üzrə - 125 saylı Zəngilan-Qubadlı (26 məntəqə) və 120 saylı Cəbrayıl-Qubadlı dairələrində (2 seçki məntəqəsi) fəaliyyət göstərir.

Seçicilərin siyasi iradələrini azad və sərbəst ifadə etmələri üçün bütün məntəqələrdə nümunəvi şərait yaradılıb.

Seçici siyahılarına, ümumilikdə, 24 min 824 seçici daxil edilib.

Bunların 23 492 nəfər 125 saylı Zəngilan-Qubadlı və 1725 nəfəri isə 120 saylı Cəbrayıl-Qubadlı dairələrində səs verəcək. Əlil və fiziki cəhətdən qüsurlu seçicilərin səsvermədə rahat iştirakı üçün məntəqələrdə şərait yaradlıb.

Saat 12:00-a olan məlumatlara əsasən seçicilərin 40,83 %-i yəni 10136 nəfəri səs
vermişlər. Seçici aktivliyi cox yüksəkdir.