Moldova Respublikası Sosialistlər Partiyasının sədri Zinaida Qreçanı Azərbaycan prezidenti İlham Əliyevi aprelin 11-də keçirilmiş prezident seçkilərində qələbə qazanması münasibəti ilə təbrik edib.
Unikal.org-un məlumatına görə, təbrik məktubunda bildirilib ki, seçicilərin 86 faizdən çoxunun səsini qazanaraq əldə edilən qələbə prezident İlham Əliyevin ölkədəki yüksək nüfuzunun və Azərbaycanın inkişafı naminə həyata keçirdiyi siyasətə həqiqətən də ümumxalq dəstəyinin göstəricisidir.
Z. Qreçanı Azərbaycan prezidentinin Moldova-Azərbaycan münasibətlərinin inkişafına verdiyiniz töhfəni yüksək qiymətləndirib: "Rəhbərlik etdiyiniz Yeni Azərbaycan Partiyası ilə sıx və məhsuldar əməkdaşlığın qurulmasına görə Sizə xüsusilə minnətdarıq. Tam səmimiyyətlə ümid edirəm ki, ölkələrimiz və partiyalarımız arasındakı əməkdaşlığın uğurlu inkişafı gələcəkdə də davam edəcək. Sizə möhkəm cansağlığı və Azərbaycan xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar diləyirəm.