Sarımsağın faydası qədim vaxtlardan insanlara məlumdur.

Unikal.org sarımsağın bir neçə faydalı xüsusiyyətlərini təqdim edir:

1. Sarımsaq müxtəlif faydalı maddələrlə olduqca zəngindir. Sarımsağın tərkibində mikroelementlər, vitaminlər, efir yağları, antioksidantlar var.

2. Sarımsaq qocalma prosesləri ləngidir, orqanizmi cavanlaşdırır.

3. Bu qida təbii antiseptik vasitədir, mikrob və virus əleyhinə təsirinə malikdir.

4. Sarımsaq əsl təbii "anbiotik"dir. Soyuqdəymə xəstəlikləri zamanı sarımsaq çox faydalıdır.

5. Adıçəkilən tərəvəz bağırsaqlara çox müsbət təsir edir. Burada gedən çürümə və qıcqırma proseslərlə fəal mübarizə aparır, bağırsaqlarda yaşayan ziyanlı mikroblar və bakteriyaları yox edir.

6. Sarımsaq eyni zamanda insan orqanimində yaşayan parazit qurdları məhv edir.

7. Sarımsağın daim qəbul edilməsi infarkt keçirmiş insanlarda təkrar infarktın inkişafı riskini xeyli azaldır.

8. Bu tərəvəz immun sistemini gücləndirir.

9. Sarımsaq arterial təzyiqi və qanda şəkərin səviyyəsini aşağı salır.

10. Sarımsaq sinir hüceyrələri dağılmaqdan qoruyur, beyini cavanlaşdırır.

Qeyd edək ki, sarımsaqdan fayda almaq üçün bu tərəvəzi il boyu hər gün 1-2 diş olmaqla qəbul etmək lazımdır. Onu çiy yemək daha məsləhətdir.