"İlkin nəticələrə görə, Dövlət Gömrük Komitəsi tərəfindən bu ilin 4 ayında nəzərdə tutulmuş proqnoz tapşırığa 136% icra olunub".
Unikal.org xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev deyib. Onun sözlərinə görə, 4 ay üçün nəzərdə tutulmuş 750 mln. manat proqnoza qarşı 1 mlrd. 121 mln. manat proqnoz icra olunub.
"Dövlət Gömrük Komitəsi dövlət büdcəsinə 270 milyon manat əlavə vəsait ödəyib", - deyə S.Mehdiyev vurğulayıb.