Təhsil naziri Ceyhun Bayramov içərisində 5 min manat pul olan pulqabını taparaq sahibinə qaytaran məktəblini mükafatlandırıb.
Tovuz rayonu Əyyublu kənd tam orta məktəbinin 8-ci sinif şagirdi İdris Abbasovu təhsil naziri Ceyhun Bayramov örnək davranışına görə Təhsil Nazirliyinin "Təşəkkürnamə"si ilə təltif edib, planşet və kitablar hədiyyə edib.
Unikal.org xəbər verir ki, yolda 5 min tapıb sahibinə qaytaran Tovuz rayonu Əyyublu kənd tam orta məktəbinin 8-ci sinif şagirdi İdris Abbasov bu gün "Təşəkkürnamə"sinə və hədiyyələrinə qovuşub.