3 saylı Bakı "ASAN Xidmət" Mərkəzinin direktoru Seymur Aydın oğlu Mövlayev işdən çıxarılıb.
Unikal.org report-a istinadən xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ("ASAN Xidmət) sədri Ülvi Mehdiyev əmr imzalayıb.
Onun yerinə hələlik təyinat olmayıb.