Kənd Təsərrüfatı naziri İnam Kərimovun əmri ilə "Aqrolizinq ASC-nin sədri Elşən Məmmədov vəzifəsindən azad edilib.

Unikal.org "APA-Economicsə istinadən xəbər verir ki, ASC-nin yeni sədri Seymur Mövlayev təyin olunub. S. Mövlayev bundan əvvəl 3 saylı ASAN Xidmət Mərkəzinin direktoru olub.

Nazirin digər əmri ilə E. Məmmədov Nazirliyin Texniki siyasət şöbəsinin direktoru təyin olunub.