Bu gün Nərimanov Rayon İcra Hakimiyyətində rayon ərazisində Mülki müdafiə vəziyyətinin kompleks yoxlanmasının təşkili barədə tədbir keçirilib.
Unikal.org xəbər verir ki, tədbirdə İH-nin birinci müavini Şahmar İbadov, FHN-nin Mülki Müdafiə İşinin təşkili Baş İdarəsinin rəis müavini Cavanşir Haşımov, polkovnik Qüdrət Ağayev, polkovnik Fərhad Səmədov, icra nümayəndələri iştirak ediblər. Ş.İbadov çıxışında rayonda mülki obyektlərin təhlükəsizliyinin təmin olunması ilə bağlı görülən işlər barədə məlumat verib, insanlar arasında bu istiqamətdə təbliğatın əhəmiyyətindən danışıb. O, prezident İlham Əliyevin rəhbərliyi ilə bu sahədə keçirilən islahatlar nəticəsində ölkənin lider dövlətə çevrildiyini deyib.
Q.Ağayev statistik məlumatları tədbir iştirakçılarının diqqətinə çatdırıb. Bildirilib ki, mülki müdafiə işləri bir çox ölkələrdə ödənişli şəkildə həyata keçirildiyi halda, Azərbaycanda Mülki Müdafiə Sistemləri optimal şəkildə qurulub.
Yekunda Ş. İbadov may ayı ərzində əlamətdar günlərlə əlaqədar olaraq keçiriləcək tədbirləri rayon ərazisində yerləşən təşkilat rəhbərlərinin diqqətinə çatdırıb.