Space Tv-də yayımlanan "Olar? Olmaz!" verilişinin aparıcısına yenə də hücum edilib.
Unikal.org xəbər verir ki, 1 may tarixində yayımlanan buraxılış yaşayış binalarının 1-ci mərtəbəsində günü gündən fəaliyyəti artan kafelərlə bağlı olub. Belə ki? sakinlər televiziyaya müraciət edərək, artıq təngə gəldiklərini və hər gün musiqi və söyüşlərdən bezdiklərini bildiriblər. Daha sonra teleaparıcı binanın aşağı mərtəbələrində fəaliyyət göstərən kafelərə yollanıb. Görüntülərdən də gördüyünüz kimi kafelərin sahibləri çəkilişin məqsədini bilər bilməz hücuma keçirlər. "Qarabağ" kafesinin sahiblərindən sayılan bir nəfər şəxs isə aparıcı və operatora hücum edir və kameraya zədə yetirir. Ardınca əraziyə polis əməkdaşları və tədqiqatçılar gəlir. Verilişin sabah (2 may saat 19:55 də) ardı yayımlanacaq...
Qeyd edək ki, bununla artıq 5-ci dəfədir ki Space Tv-də yayımlanan "Olar? Olmaz!" verilişinin əməkdaşlarına və aparıcısına qarşı zor tədbiq edilir. Veriliş həftə içi hər gün saat 19:55 də Space Tv-də yayımlanır