"WhatsApp və "Instagram əlavələrində qrup şəklində videozənglər funksiyasından yararlanmaq mümkün olacaq.

Unikal.org ICTnews-a istinadən xəbər verir ki, bu barədə "Facebook tərtibatçıları üçün "F8 konfransında məlumat verilib.

"WhatsApp və "Instagram qrup videozəngində eyni anda dörd nəfər iştirak edə biləcək. Bu funksiyasının yaxın aylarda messencerə əlavə olunacağı gözlənilir.

Zəngə başlamaq üçün şəxsi bildirişlərdə yazışmanın yuxarı hissəsində yerləşən kamera işarəsinin üzərinə basmaq lazım gələcək.